“Hakken” komandasının baş məşqçisi Per-Matias Höqme UEFA Avropa Liqasının qrup mərhələsində İsveçdə “Qarabağ”a qarşı keçirəcəkləri II tur oyunundan öncə mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, 64 yaşlı mütəxəssis Ağdam təmsilçisinin avrokuboklarda böyük təcrübəyə malik olduğunu bildirib:
“Avropa Liqasında evdə ilk oyunumuzu keçirəcəyik. Rəqib evdə çox yaxşı oyunla “Molde”yə qalib gələn “Qarabağ” olacaq. Hansı rəqiblər qarşılaşacağımızı yaxşı dərk edirik. “Qarabağ” illərdir avrokuboklarda uğurla çıxış edir. Çox maraqlı qarşılaşma olacaq. Heyətimizdə yeni oyunçular var, bəzi futbolçular zədəsini sağaldaraq komandaya qayıdıb. Özümüzü güclü və inamlı hiss edirik”.
Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hekken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

