28 İyul 2026
Dünya futbolu

Şeydayev oynadı, komandası ÇL-də məğlub oldu

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Asiya Çempionlar Liqasında 2-ci tur oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Tailand təmsilçisi səfərdə “Kofu” (Yaponiuya) komandasına 1:0 hesabı ilə məğlub olub.

Start heyətdə meydana çıxan Ramil 90+1-ci dəqiqədə əvəzlənib.

İlk turda Çinin “Zhejyanq” klubuna 4:1 hesabı ilə qalib gələn “Buriram Yunayted” qrupda 3 xalla 3-cü sıradadır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43