28 İyul 2026
Ölkə futbolu

“Qəbələ” Macarıstan klubu ilə heç-heçə etdi

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında 2023/2024 mövsümünün ilk oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” I mərhələdə Macarıstanın “Puşkaş Akademiya” klubu ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən cütün ilk duelində 1:1 hesabı qeydə alınıb. 8-ci dəqiqədə Şahin Şəhniyarov hesabı açsa da, macarıstanlılar 36-cı dəqiqədə penaltidən bərabərlik qolunu vurublar.

Komandalar arasında cavab qarşılaşması oktyabrın 25-də Macarıstandakı “Panço Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43