“Molde” üzərindəki qələbədən sonra qrupdan çıxmaq gözləntim böyükdür. “Bayer”in “Hakken”i 4:0 məğlub etdiyi matçda İsveç klubunun heyətində bir çox boşluqlar görüldü. Bundan Qurban Qurbanovun yetirmələri layiqincə yararlanmalıdır”
Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı baş məşqçi Adil Şükürov Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Hakken” – “Qarabağ” matçı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Qarabağ” Azərbaycan Premyer Liqasının son turunda “Sumqayıt”la oyunda “Hakken”ə qarşı çıxış edəcək heyətin 70 faizinə şans verdi. Həmin matç bugünkü görüşün kiçik bir modeli idi. Qurban Qurbanov da bilir ki, rəqib hücumda çoxlu qol vuran komandadı və balaca boşluq yaxalaya bilsə, mütləq bundan istifadə edəcək. Ümumiyyətlə, bu səviyyədə olan oyunlarda 90 dəqiqə maksimum diqqətli olmaq və rəqibin üstünlüklərini həyata keçirməsinə izin verməmək, düşəcək imkanlardan isə yararlanmaq lazımdı.
Bu gün dünya futbolunda istənilən komanda digərini məğlub edə bilər. “Hakken” “Qarabağ”ın qalib gələ bilməyəcəyi komanda deyil. Komandamızın hücum xəttində Zubir, Benziya, Leandro Andrade Premyer Liqanın ən sərrast oyunçusu Juninyo kimi matçın taleyini həll edəcək futbolçular var. Hücum edən zaman cinah müdafiəçiləri Elvin və Silvanı da nəzərə alsaq, “Qarabağ”ın “Hakken” səddini keçəcəyinə inanıram. İlk oyunda “Molde” qələbəsi bizi “Bayer”ə məğlub olan İsveç klubundan üstün duruma salıb. “Köhlən atlar” Almaniya təmsilçisinə qarşı oyuna qədər maksimum xal toplamalıdır”.
Həsən Quluzadə

