28 İyul 2026
Ölkə futbolu

“Qələbə qazanmaq şansımız böyükdür” – “Hakken”in futbolçusu

“Hakken”in klubunun futbolçusu Yohan Hammar evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunu ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi oyuna yaxşı hazırlaşdıqlarını bildirib:

“Doğma meydanda bu turnirin himnini eşitmək bizim üçün xüsusi olacaq. Komandamızı güclü rəqibə qarşı əla matç gözləyir. Bacarığımızı göstərə bilsək, qələbə qazanmaq şansımız böyükdür”.

Qeyd edək ki, bu gün “Ullevi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43