28 İyul 2026
Ölkə futbolu

FİFA dəstək oldu, türkdilli ölkələrdə futbolun gələcəyi müzakirə edildi

FİFA-nın dəstəyi ilə Daşkənddə türkdilli ölkələrin – Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Macarıstan futbol federasiyalarının rəsmi şəxsləri arasında görüş keçirilib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, futbolun inkişafı istiqamətində müzakirələrin aparıldığı görüşdə Asiya Futbol Konfederasiyasının və UEFA-nın nümayəndələri də iştirak edib.

Toplantıda milli komandalar, klublar arasında beynəlxalq yarışların təşkili perspektivləri müzakirə olunub. Həmçinin futbol mütəxəssislərinin, məşqçilərin, hakimlərin qarşılıqlı inkişafı, işbirliyinin qurulmasının vacibliyi qeyd olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43