Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) hakimin qərarına sərt etiraz edən futbolçuların 10 dəqiqəlik meydandan çıxarılmasını təklif edib.
İdmanxeber.az “The Times” nəşrinə istinadən xəbər verir ki, bu qayda 2019-cu ildən İngiltərənin həvəskar və gənclər liqasında tətbiq edilir. Mənbənin sözlərinə görə, İFAB-ın idarə heyəti bu qaydanın peşəkar futbolda tətbiqini nəzərdən keçirməyi planlaşdırır.
Onlar bu mövzunu təşkilatın iki həftədən sonra baş tutacaq idarə heyətinin iclasında müzakirə etməyi planlaşdırır.

