“Sportinq”in müdafiəçisi Qonçalo İnasio “Liverpul”a keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, komanda rəhbərliyi futbolçunu Vircil van Deykin əvəzedicisi kimi nəzərdən keçirir. 22 yaşlı portuqaliyalının transfer dəyəri 30 milyon avro qiymətləndirilir və onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Müdafiəçi bu mövsüm Portuqaliya çempionatında 11 oyun keçirib.

