20 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” heç-heçəni düşünsə, acı nəticəsi ola bilər”

“Qarabağ” qrupdan çıxmaq üçün vacib oyuna çıxır. Çünki bu görüşdə məğlub olsaq, son turda qrupdan çıxmaq şansı öz əlimizdə olmayacaq. Ona görə də bu matça final oyununun ilk hissəsi demək olar”.

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı məşqçi Vüqar Əsgərli “Molde” – “Qarabağ” matçı ilə bağlı danışarkən deyib. O, daha sonra belə davam edib:

“Qarabağ”ın bəlli bir oyun stili var ki, ev və ya səfər olmağından asılı olmayaraq daha çox topa sahib olmaq istəyir. Bu, onlarda yaxşı da alınır. Düşünürəm ki, heç heçə haqqında düşünsə, nəticə acı ola bilər. Ona görə də oyun planından çıxmayıb qələbəyə koklənmək lazımdır. Hətta deyərdim ki, oyun ərzində müdafiə meyilli dəyişikliklər edəndə “Qarabağ” bunun acı nəticəsini görür. Bütün hallarda Qurban Qurbanov belə vəziyyətlərə həmişə hazır olur. Komandamızın qələbə ilə oyunu başa vuracağına ümidim böyükdür”.

Əsgərli Ağdam təmsilçisinin qışda güclənməyə ehtiyacının olub-olmamasına isə belə cavab verib:

“Gücləndirmə məsələsi bəzən sizdən asılı olmur. Planlaşdırılmamış zədələr olur və qalırsan çıxılmaz vəziyyətdə. Hazırda “Qarabağ”ın hər mövqesində səviyyəli oyunçular var. Təbii ki, yeni futbolçuların olması da pis olmaz. Məncə, “Qarabağ”ın yeni bir hücumçu və orta sahəyə oyunu üzərinə götürən bir futbolçu lazımdır”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43