18 Oktyabr 2024
Ölkə futbolu

Azərbaycan – Rumıniya oyununun hakimləri açıqlandı

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit mərhələsində evdə Rumıniya yığmasına qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Meydanda ədaləti Damian Qrabovski, Slavomir Steçko və Monika Çudzinoviç qorumağa çalışacaqlar. “Timekeeper” isə azərbaycanlı Ramil Namazov olacaq.

Qeyd edək ki, dekabrın 15-də Bakı İdman Sarayında reallaşacaq Azərbaycan – Rumıniya görüşü saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43