“Arsenal” Takehiro Tomiyasunun müqaviləsini uzatmaq üçün danışıqlar aparır.
İdmanxeber.az-ın məlumatına görə, razılaşmanın yaxın olduğu və yeni sözləşmənin qarşıdakı günlərdə rəsmi olaraq açıqlanacağı gözlənilir.
Yaponiyalı müdafiəçi 2021-ci ildə 18 milyon avroya “Bolonya”dan London klubuna transfer olunub. Tomiyasu bu mövsüm 18 oyunda 1 qol və 2 məhsuldar ötürmə edib.
O, Yaponiya millisində isə 37 oyunda meydanda olub.