Mayk Menyan “Milan”ın müqavilə uzatmaq təklifinə hələ cavab verməyib.
İdmanxeber.az-ın məlumatına görə, fransalı qolkiperlə “Mançester Yunayted”in də daxil bir çox komanda maraqlanır. 28 yaşlı qapıçı bu mövsüm 16 oyunda meydanda olub.
Fransa millisinin də əsas qapıçısı olan Menyanın transfermarkt portalına görə dəyəri 40 milyon avrodur.