18 Oktyabr 2024
Ölkə futbolu

Bölgə klubu azarkeşi ilə fərqləndi

Azərbaycan I Liqasında X tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun ən çox azarkeş qeydə alındığı matçı Yevlaxda baş tutub. “Karvan”ın “İrəvan”ı məlub etdiyi görüşü (2:0) tribunalardan 400 azarkeş izləyib.

Tamaşaçıların maraq göstərmədiyi oyun isə “Qaradağ Lökbatan” – “Mingəçevir” qarşılaşması (3:0) olub. Bu matçı tribunadan cəmi 50 azarkeş izləyib.

Digər oyunlarda qeydə alınan tamaşaçı sayı belədir:

Zaqatala – Difai Ağsu – (200 – 4:2)

Araz Saatlı – Şamaxı – (80 – 0:1)

İmişli – MOİK – (312 – 2:1)

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43