19 Oktyabr 2024
Dünya futbolu

“İnter”in hücumçusu: “Onlara güzəşt etmirik”

“İnter”in hücumçusu Lautaro Martines çempionluq uğrunda mübarizədədən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı oyunçu çempionatda yeganə rəqiblərinin “Yuventus” olacağına inanmır:

“Biz həm “Milan”la, həm də “Napoli” ilə mübarizə aparırıq, onlara güzəşt etmirik. Çempionat çox uzundur, hətta ilk dövrə hələ bitməyib”.

“İnter” A Seriyasının turnir cədvəlinə başçılıq edir, “Yuventus” isə ikincidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43