“Arsenal”ın baş məşqçisi Joau Palinyanı sərəncamında görmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi ilə “Bavariya” da yaxından maraqlanır. Eyni zamanda Tomas Partinin də yanvarda London klubundan ayrılacağı gözlənilir.
Palinya bu mövsüm “Fulhem” formasıyla 14 oyuna çıxıb və 2 qol vurub. Transfermarkt portalına görə oyunçunun dəyəri 55 milyon avrodur.