18 Oktyabr 2024
Dünya futbolu

“Nyukasl”ın futbolçusu millisini seçdi

“Nyukasl”ın futbolçusu Tino Livramento milli seçimini edib.

İdmanxeber.az-ın məlumatına görə, anası şotlandiyalı olan 21 yaşlı müdafiəçinin arzusu İngiltərə yığması üçün oynamaqdır. O, aşağı yaş qruplarında da bu ölkənin millisində çıxış edib.

Livramento bu ilin yayında “Sauthempton”dan “Nyukasl”a transfer olunub. Sol cinah müdafiəçisi bu mövsüm “sağsağanlar”ın heyətində 13 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43