18 Oktyabr 2024
Dünya futbolu

“Arsenal”ın futbolçusunu istəyirlər

“Aston Villa” “Arsenal”ın yarımmüdafiəçisi Emil Smit Rou transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Unai Emerinin komandası bir müddətdir ki, 23 yaşlı futbolçunu izləyir. “Arsenal” yetirməsini satmağa hazırdır.

Yarımmüdafiəçi “topçular”ın əsas heyətində 104 oyun keçirib, 18 qol vurub və 12 məhsuldar ötürmə edib.

Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43