Joze Mourinyo Səudiyyə Ərəbistanının “Əl-Şəbab” komandasında çalışacaq.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı bu həftənin əvvəlində “Roma”dan ayrılıb. O, “Əl-Şabab” klubu ilə şifahi razılıq əldə edib.
Mourinyonun müqavilə şərtlərini tamamlamaq üçün yaxın günlərdə Ər-Riyada uçacağı gözlənilir.
“Əl-Şəbab” 2012-ci ildən Səudiyyə Ərəbistanında titul qazana bilmir. Komanda hazırda bu mövsüm Səudiyyə Ərəbistanı liqasında 11-ci pillədə qərarlaşıb.