19 Sentyabr 2024
Ölkə futbolu

Murad Musayev: “Stadiona gələn azarkeşlər oyundan razı qaldılar”

“İlk öncə, 20 yanvar gününə görə Azərbaycan xalqına başsağlığı verirəm. Oyuna gəlincə, birinci hissə yaxşı alındı. Hər iki komanda hücum edirdi, hər iki tərəf qol vura bilərdi. İkinci yarıda dinamika çox deyildi, sürət aşağı oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Məncə, stadiona gələn azarkeşlər oyundan razı qaldılar”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Neftçi” ilə (0:0) görüşün ardından deyib. O, daha sonra belə davam edib:

Ayaz Quliyev yaxşı oyun keçirdi. İnanırıq ki, zamanla bunun öhdəsindən gələcək. Aleksey İsayevin ayrılışının ardından oyun planımızı dəyişmək fikrimiz yoxdur. Hələki yeni transferlə bağlı konktet nəsə bəlli deyil. Heç kimlə danışıq aparmırıq.

Futbolda bu hallar normaldır. Gələnlər olur, gedənlər də olur. Müqayisə etmək düzgün deyil. Hər dəfə yenilənmə olur. Avrokuboklarda Coy-Lens Mikels olmadan da, necə oyunlar oynamışdıq. Əlimizdə olan heyətlə istədiyimiz nəticələri qazanmağa çalışmalıyıq. Əvvəlki dönəmlərlə hansısa müqayisə aparmaq doğru deyil”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43