Hansi Flik yeni mövsümdə “Barselona”nın baş məşqçisi olmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, ötən günlərdə almaniyalı mütəxəssisin ispanca öyrənməyə başladığı barədə mətbuatda xəbərlər çıxmışdı.
Ötən ilin sentyabrından bəri işşiz olan Flik son olaraq Almaniya millisini çalışdırıb. 58 yaşlı almaniyalı “Bavariya”nın baş məşqçisi kimi Çempionlar Liqasını qazanmağı bacarıb.