“İnter Mayami”nin hücumçusu Lionel Messi “Instagram” sosial şəbəkəsində 500 milyon abunəçi qazanıb
İdmanxeber.az-ın məlumatına görə, bu göstərici ilə argentinalı 622 milyon istifadəçinin izlədiyi “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldodan geri qalır.
Messi 2023-cü ilin iyulunda azad agent kimi “İnter Mayami”yə keçdi. Argentinalı futbolçu Amerika klubunda 16 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Komanda 36 yaşlı futbolçu ilə birlikdə Liqa Kubokunun qalibi olub.