“Bavariya” və “Mançester Yunayted” Antonio Silvanı transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı müdafiəçinin “Benfika”yla 2027-ci ilə qədər müqaviləsi var. Lissabon klubunun oyunçusunun sözləşməsində 100 milyon avroluq sərbəstqalma bəndi var.
Silva bu mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb və 2 qol vurub. O, Portuqaliya millisində isə 7 görüşdə meydanda olub.