“Braqa” Joao Moutinyonun müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya klubu təcrübəli yarımmüdafiəçisiylə 2025-ci ilin yayına qədər yeni sözləşmə imzalayıb.
Moutinyo ötən ilin yayında azad agent kimi “Braqa”ya qoşulub. O, bu mövsüm bütün turnirlərdə 33 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.