30 İyun 2026
Ölkə futbolu

Ayxan Abbasov: “Rəhbərliyimizə, azarkeşlərimizə təşəkkür edirəm”

“Futbolçuların psixoji durumdan çıxmaları, birliyimiz, bərabərliyimiz üçün vacib idi. Rəhbərliyimizə, azarkeşlərimizə təşəkkür edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Araz Naxçıvan” görüşü barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Oyun başlayandan etibarən nəzarətimizdə idi. Rəqibin təhlükəli əks hücumları oldu. Birinci hissə rəqibin cərimə meydançası daxilində son toxunuşlarda qərarlarımız yaxşı olmadı. İkinci hissədə yaxşı hücumlarımız oldu. Qələbə qazandıq. Son iki oyunumuz qalıb. Ondan sonra növbəti mövsüm haqda fikirləşəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43