“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş karyerasını Almaniya çempionatında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Bavariya” 28 yaşlı futbolçunu almaq niyyətindədi. Futbolçunun transferi Vinsent Kompaninin Münhen komandasına baş məşqçi təyin olunmasından dərhal sonra baş tuta bilər.
Qriliş 2021-ci ilin yayından “Mançester Siti”də çıxış edir. Ümumilikdə o, Premyer Liqa komandasında 125 oyun keçirib, 14 qol vurub və 18 məhsuldar ötürmə edib.
Onun müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.