“Turan Tovuz”dan ayrılan Ayxan Abbasovun yeni iş yeri bəlli olub.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis “Şamaxı” klubu ilə anlaşıb. Tərəflər arasında danışıqlar müsbət nəticələnib.
O, komandanı I Liqadan Premyer Liqaya yüksəldən Ramiz Məmmədovu əvəzləyib.
Rəsmi açıqlama yaxın vaxtda veriləcək.
Qeyd edək ki, Abbasov bir neçə gün öncə “Turan Tovuz”dan ayrılıb.
Həsən Quluzadə