26 Noyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Qəbələ”nin infrastrukturunun saxlanılması üçün hər şey ediləcək”

“Ümumi müzakirələr getdi. Sərxan Hacıyev ətraflı məlumat verəcək. Hələ ki, yeni iş kollektividir. Yeniliklər axtarılır. Qəti qərar olmadığı üçün fikir bildirə bilmirəm. Bir neçə iclasdan sonra futbolun inkişafı üçün nələrin ediləcəyi ilə bağlı məlumatlar olacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov bu gün keçirilən iclasdan sonra deyib. O, Premyer Liqanı tərk edən “Qəbələ”yə maddi yardım olacağını bildirib:

“Qəbələ”yə kömək olunacaq. Maliyyə tərəfini mən deyə bilmərəm. “Qəbələ”nin infrastrukturunun saxlanılması üçün hər şey ediləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43