Dünən “Qarabağ” – “Zirə” arasında keçirilən Azərbaycan Kubokunun final görüşünün (2:1) ardından maraqlı hadisə yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, matç sona çatdıqdan sonra “Qarabağ”ın azyaşlı azarkeşi ağlayaraq futbolçulara səslənib.
Bunun ardından Toral Bayramov uşağa yaxınlaşaraq, ona formasını hədiyyə edib və azarkeşlə şəkil çəkdirib.
Həmin anları təqdim edirik: