“Qalatasaray” baş məşqçisi Okan Burukla yeni müqavilə imzalayacaq.
İdmanxeber.az-ın məlumatına görə, mərasim sabah təşkil ediləcək. Rəhbərlik “Qalatasaray”ın ev oyunlarını keçirdiyi “Ali Sami Yen” arenada gənc mütəxəssislə yeni sözləşmə imzalayacaq.
Xatırladaq ki, Buruk iki ildir ard-arda İstanbul klubu ilə Super Liqa çempuonluğu yaşayır.