“Atletiko” “Tottenhem”in yarımmüdafiəçisi Pyer-Emil Höyberqlə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı danimarkalı klubdakı mövqeyindən narazıdır və daha çox oyun vaxtı əldə etmək istəyir.
Qeyd olunur ki, yarımmüdafiəçinin transferi 15 milyon funt sterlinq dəyərində qiymətləndirilir. Höyberqin transferində “Fənərbağça” da maraqlıdır.
Futbolçunun “Tottenhem”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır.