17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı olacaq.
İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli əvvəlcə iyunun 13-dən 14-dək Bakıda hazırlıq keçəcək.
Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq. U-17 hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da reallaşacaq. “Egnatia Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
S. | AD/SOYAD | KLUB |
1 | Məhdi Həsənov | Neftçi |
2 | Rauf Əyyubov | Sabah |
3 | Həzrət Səmədov | Sabah |
4 | Fərid Cabbarlı | Zirə |
5 | Əlibəy Mahmudov | Sabah |
6 | Tuncay Əhmədov | Marset (İspaniya) |
7 | Nadir Nəsibli | Marset (İspaniya) |
8 | Səttar Tahirzadə | Marset (İspaniya) |
9 | Muhammad Çodarov | Marset (İspaniya) |
10 | Murad Qurbanov | Zirə |
11 | Sinan Mehdizadə | Marset (İspaniya) |
12 | Nihad İsaqov | Kəpəz |
13 | Əli Qazibəyov | Qarabağ |
14 | Emil Həsənov | Sumqayıt |
15 | Abdulaziz Cabbarlı | Qarabağ |
16 | İbrahim Babayev | Servette (İsveçrə) |
17 | İslam Həsənov | Srvena Zvezda (Serbiya) |
18 | İbrahim Xəlilov | Sabah |
19 | Ümid Səlimov | Sabah |
20 | Əli İbrahim | Qarabağ |