Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçi karyerasını elə Polşada davam etdirəcək. O, bu ölkənin Ekstraklassasında çıxış edən “Radomyak Radom” klubu ilə anlaşıb. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət yekunlaşıb. Məmmədovla 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Futbolçu 114 yaşlı kluba azad agent kimi qoşulub.
Qeyd edək ki, Rahil Məmmədov başa çatan mövsümdə Polşanın “LKS Lodz” klubunda çıxış edib. Komanda aşağı liqaya düşdüyünə görə, müdafiəçi klubu azad agent kimi tərk etmişdi.