19 Sentyabr 2024
Dünya futbolu

“Razgrad qartallar”ı “Qarabağ”a doğru gəlir

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz “Qarabağ”a III təsnifat mərhələsində rəqib ola biləcək Bolqarıstan “Ludoqorets”i (Razgrad) ilə Belarus “Dinamo”su (Minsk) birincilərin meydanında üz-üzə gəlib. Qarşılaşma “Razgrad qartallar”ının 2:0-lıq qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab matçı bir həftə sonra Belarus klubunun meydanında keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə “Qarabağ” – “Linkoln” (Cəbəllutariq) cütünün qalibi ilə qarşılaşacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43