19 Sentyabr 2024
Dünya futbolu

İspaniya millisinin müdafiəçisi “Real”a keçə bilər

İspaniya millisinin müdafiəçisi Emerik Laport “Real”a transfer oluna bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Əl Nəsr”də çıxış edən oyunçu klubdan ayrılmaq niyyətindədi. Lakin Səudiyyə təmsilçisi onun üçün 27 milyon avro təzminat tələb edir. 

Laportun özü də “Real”a keçməyə müsbət yanaşır. Bunun üçün hazırkı klubu ilə müqaviləsini ləğv edə bilər.

Müdafiəçi ötən ilin avqustunda “Mançester Siti”dən “Əl-Nasr”a keçib və 3 illik müqavilə imzalayıb. “Transfermarkt” portalının məlumatına görə, ispaniyalının bazar dəyəri 20 milyon avro qiymətləndirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43