“Sabah” UEFA Konfrans Liqası II təsnifat mərhələsində ilk matçına çıxır.
İdmanxeber.az-a verilən məlumata görə, İsrailin “Makkabi” klubu ilə Macarıstanda keçiriləcək səfər görüşünə maraq elə də böyük deyil. Qarşılaşmaya cəmi 300 bilet satılıb.
Səfərdə oynamasına baxmayaraq, Azərbaycan klubu maçtda dəstəksiz qalmayacaq. 40-a yaxın həmyerlimiz “Sabah”ı səfərdə qələbəyə səsləyəcək.
Bu gün Bakı vaxtı ilə saat 21:15-də başlayacaq görüşü belçikalı hakimlər briqadası idarə edəcək.