20 Sentyabr 2024
Dünya futbolu

“Barselona”nın transfer hədəfindəki futbolçu

“Leyptsiq”in ulduz futbolçusu Dani Olmo karyerasını “Barselona”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu ispaniyalı futbolçunun xidmətində maraqlıdı.

“Barsa” tərəfi transfer dəyəri 60 milyon avro olan Olmonun pulunu hissə-hissə ödəmək istəyir və bununla bağli Bundesliqa klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Olmonun “Leyptsiq”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43