20 Sentyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov Mourinyo, Qvardiola və Ançelotti ilə eyni siyahıda – FOTO

Dünyanın nüfuzlu “Transfermarkt” saytı 2000-ci ildən bu günə qədər avrokuboklarda ən çox oyun keçirən baş məşqçilərin siyahısını dərc edib.

İdmanxeber.az-ın məlumatına görə, cədvəldə dünyanın tanınmış futbol mütəxəssisləri yer alıb. İlk sırada portuqaliyalı mütəxəssis Joze Mourinyo qərarlaşıb. O, 24 ildə 230 matç (130 qələbə) keçirməklə liderdi. 

Siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da adı var. Azərbaycanlı çalışdırıcı 8-ci sırada qərarlaşıb.

Aktivində 165 oyun olan Qurbanovun bu görüşlərdə 67 qələbəsi var.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43