20 Sentyabr 2024
Dünya futbolu Ölkə futbolu

“Zirə” və “Sabah”ın oyunlarına necə baxaq?

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən “Zirə” və “Sabah” bu gün turnirin II təsnifat mərhələsində cavab matçlarına çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, “qartallar” ilk oyunda evdə darmadağın etdiyi (4:0) Slovakiyanın “DAK-1904” klubunun qonağı, “Sabah” isə İsrail “Makkabi”sini (Hayfa) (3:0) öz meydanında qonaq edecək.

Hər iki qarşılaşma ölkəmizdə canlı yayımlanacaq. Saat 20:00-da başlayacaq “Sabah” – “Makkabi” matçını İctimai TV, saat 22:30-da start fiti çalınacaq “DAK-1904” – “Zirə” oyununu isə CBC Sport kanalı canlı yayımlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43