Almaniya millisinin yarımmüdafiəçisi Paskal Qrosun yeni komandası bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Borussiya” klubu ilə anlaşıb. 33 yaşlı yarımmüdafiəçiylə 2 illik müqavilə imzalanıb. Paskal Qros “Brayton”dan Dortmund təmsilçisinə transfer olunub.
Qeyd edək ki, P.Qros Avro-2024-də Almaniya millisinin heyətində çıxış edib.