21 Sentyabr 2024
Dünya futbolu

“Barselona” gənc futbolçu ilə müqavilə bağlayır

“Barselona” yarımmüdafiəçisi Fermin Lopezlə yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, 2023-cü ildə futbolçuyla 2027-ci ilə qədər nəzərdə tutulan sözləşmədə oyunçunun 400 milyon avro qarşılığında sərbəst qalma maddəsi də əlavə edilib.

“Barselona” artıq Fermin Lopezi əsas heyətə cəlb etdiyi üçün ona yeni müqavilə təklif edib. Sözləşmənin 5 il müddətinə qüvvədə olacağı və Ferminin komandadakı hazırkı statusuna uyğun maaş alacağı qeyd edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43