Misli Premyer Liqası VII turunda ən çox azarkeş qeydə alınan qarşılaşma bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Tovuzda baş tutan “Turan Tovuz” – “Araz Naxçıvan” oyununu tribunalardan 5000 tamaşaçı izləyib. Bu, VII turda ən çox tərəfdar qeydə alınan matç olub.
Turun mərkəzi qarşılaşması – “Qarabağ” – “Neftçi” görüşündə isə 3000 azarkeş tribunalarda yer alıb.
Digər qarşılaşmalarda qeydə alınan tamaşaçı sayı belədir:
“Kəpəz” – “Şamaxı”, 0:2 Tovuz şəhər stadionu, 400 tamaşaçı
“Səbail” – “Sabah”, 2:4 “ASCO Arena”, 600 tamaşaçı
“Sumqayıt” – “Zirə”, 0:2 M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1200 tamaşaçı