01 Oktyabr 2024
İdman

“Ordu” klubu heyətinə daha bir oyunçu qatdı

Azərbaycan Basketbol Liqasının debütantı “Ordu” klubu heyətinə daha bir oyunçu qatıb.

İdmanxeber.az-ın məlumata görə, Ramazan Qarayevlə 1 illik müqavilə imzalanıb.

205 sm boya malik oyunçu son mövsümü “Sərhədçi” komandasında keçirib.

Xatırladaq ki, “Ordu” klubu daha öncə Roki Blanko, Camaure Qreqq, Emil Əliyev, Rüstəm Əliyev, Ramme Qriffin, İsa Pop, Səid İsmayılov, Əlibəy Məmmədli, Caylen Tomas, Əli Həsənov və Vladimir Markovetski ilə müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43