01 Oktyabr 2024
Dünya futbolu

“Malmö” braziliyalı müdafiəçini “Qarabağ”la oyuna görə riskə atmadı

“Malmö” braziliyalı müdafiəçisi Qabriel Busanellonu “Qarabağ” oyunu üçün riskə atmayıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu 25-ci turda “Myalbü”yə qarşı görüşü (2:0) kənardan izləyib. Baş məşqçi futbolçuya “Qarabağ”la oyun ərəfəsində dincəlmək imkanı verdiklərini bildirib.

“Qarabağ” – “Malmö” matçı oktyabrın 3-də Tofiq Bəhramov stadionunda keçiriləcək və görüşə saat 20:45-də start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43