02 Oktyabr 2024
Dünya futbolu

Fransa klubu “Qalatasaray”ın futbolçusundan narazıdır

“Lion” yayda “Qalatasaray”dan icarəyə götürdüyü Vilfred Zahanın performansından narazıdır.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçunun çıxışı məşqçilər heyətini qane etmir. Rəhbərlik Zahanı qışda göndərə bilər.

Qeyd edək ki, Vilfred “Lion”un heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. O, müqavilə ilə “Qalatasaray”a məxsusdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43