04 Oktyabr 2024
Dünya futbolu

Millimizin futbolçusunu İsveçrədə məyus etdilər

Azərbaycan millisinin futbolçusu Ozancan Kökçünün çıxış etdiyi HJK  Konfrans Liqasının Liqa mərhələsində 2-ci tur oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Finlandiya təmsilçisi səfərdə “Luqano” ilə qarşılaşıb.

İsveçrədə keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0.

Kökçü də bu oyunda iştirak edib. O, start heyətdə meydana çıxıb və 80-cı dəqiqədə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43