30 Dekabr 2024
Ölkə futbolu

Azərbaycan klubunun üzvləri polis bölməsinə aparıldı – SƏBƏB

Azərbaycan I Liqasında çıxış edən “Mingəçevir” klubunun üzvləri polis bölməsinə aparılıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, klubun inzibatçısı Məhəmməd Məmmədov və futbolçular – Xəyal Xudaverdiyevlə Muxtar Nəzərovdan hüquq mühafizə orqanlarına şikayət daxil olub.

Belə ki, adıçəkilən şəxslər Mingəçevirdə qaldıqları evdə səs-küy salıblar. Qonşular da bu səbəbdən polisə şikayət edib.

Hər üç nəfərində polis bölməsində izahatı alınıb və daha sonra sərbəst buraxılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43