27 Noyabr 2024
Ölkə futbolu

Mahir oynadı, “Nürnberq” qalib gəldi

Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” öz meydanında “Pröyssen Mönster”i qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.

Mahiri start heyətdə meydana buraxıb. Emreli 72-ci dəqiqədə əvəzlənib. 

Bu nəticədən sonra xallarını 10-a yüksəldən “Nürnberq” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43