31 Oktyabr 2024
Ölkə futbolu

Paytaxt klubunda həlledici həftə – Diniyev üçün son şans

“Səbail” baş məşqçi Şahin Diniyevlə yolları ayırla bilər. Təcrübəli mütəxəssis həftəsonu “Kəpəz”lə görüşdə qələbə qazana bilməsə, onunla vidalaşılacaq.

Komandanın hazırkı gedişatı klub rəhbərliyini heç cür qane etmir. “Kəpəz” oyunu Diniyev üçün son şansdır. Əgər “dənizçilər” yaxşı nəticə qazana bilməsəsə, baş məşqçi işsiz qalacaq. Artıq onun yerinə bir neçə namizəd bəlirlənib.

“Səbail” rəhbərliyi Diniyevi göndərəndən sonra komandanı Adil Şükürova tapşırmaq niyyətindədi. Namizədlər arasında Cavid Hüseynovun adı keçsə də, Şükürovun ismi daha çox ön plandadı. Rəhbərlik “Kəpəz”dən ayrılan mütəxəssisin təcrübəsi ilə komandanı bu durumdan çıxara biləcəyini düşünür. 

Bazar günü “Səbail”in “Kəpəz”ə qarşı matçı Şahin Diniyev üçün final oyunudu.

İdmanxeber.az

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43