Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz” “Səbail”lə qarşılaşıb və qalib gəlib – 1:0.
İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisinin rəhbərliyi cari mövsümdə qazanılan ikinci qələbəyə də biganə qalmayıb.
Qərb klubunun rəhbərliyi futbolçuların hər birinə 1500 manat mükafat söz verib. Oyuna daha sonradan daxil olan futbolçular bu məbləğin 75 faizini, oynamaq şansı əldə etməyən oyunçular isə 50 faizini qazanıb.
Qeyd edək ki, “Kəpəz” oyuna əlavə olunmuş dəqiqələrdə Camal Cəfərovun qolu ilə 3 xalı aktivinə yazdırıb.