Avropa Liqası Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Beşiktaş” oyunu İstanbulda baş tutmayacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə UEFA qərar qəbul edib. Türkiyə və İsrail arasındakı münasibətləri nəzərə alaraq belə qərar verildiyi bildirilib.
Qarşılaşmanın hansı ölkədə baş tutacağı hələlik açıqlanmayıb.
“Beşiktaş” – “Makkabi” görüşü 28 noyabr tarixində keçirilməlidir.